Liviyadakı qarşıdurmalar neftqaz ixracını təhdid edir


Dünya 12 Apr 2019 21:20:00 213 0

Liviyadakı qarşıdurmalar neftqaz ixracını təhdid edir

Liviyanın neft və təbii qaz ixracı ciddi təhdid altındadır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Liviya Milli Neft Korporasiyasının sədri Mustafa Sanalla deyib. O bildirib ki, paytaxt Tripoli yaxınlığında gedən şiddətli döyüşlərlə əlaqədar ölkənin neft və təbii qaz ixracı 2011-ci ildən indiyədək ən böyük təhdidlə qarşı-qarşıyadır.