Pakistanda partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çatdı


Dünya 12 Apr 2019 20:33:00 252 0

Pakistanda partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çatdı

Pakistanın qərbində yerləşən Kvetta şəhərində kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, 48 nəfər isə yaralanıb. Həlak olanlar arasında hərbçilər də var.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Dawn" qəzetinin yaydığı məlumata görə, hadisə ərzaq mağazasında baş verib. Partlayıcı qurğu kartof kisəsinə qoyulub.

Kvetta şəhərinin polis nümayəndəsi Əbdül Rəzzak Çiman hücumun islamın şiə təriqətinə mənsub olan xəzərilərə qarşı yönəldiyini bildirib.