"Qisasçıların gecəsi" "Park Cinema"da: fanatlar qəhrəmanlarla görüşəcək


Digərləri 12 Apr 2019 20:40:00 328 0

"Qisasçıların gecəsi" "Park Cinema"da: fanatlar qəhrəmanlarla görüşəcək

Bu premyeranı bütün dünya gözləyir. "Qisasçilar"ın fanatları gün və saatları sayır. Saytlar spoylerlər və məlumatlarla doludur, amma filmin yaradıcıları susur və heç kim bilmir, 182-dəqiqəlik "Qisasçılar: Final" filmi necə nəticələnəcək.

Qalaktikanın Qisasçıları və Mühafizəçiləri qüdrətli Əbədiyyət Əlcəyinə sahib olan Tanosla sonuncu müharibə mərhələsinə qədəm qoyurlar. Ağılsız Titanla qəhrəmanların gücləri arasında təkcə Yer kürəsinin deyil, bütün Kainatın taleyini həll edəcək final döyüşü gözlənilir.    

"Qisasçılar: Final" filmi bütün dünyada artıq 257 000 000 ABŞ dolları yığıb. Mütəxəssislərin rəyinə görə, yekun filmin yekun "boks-ofisi" 2 000 000 000 ABŞ dollara yaxın təşkil edəcək.