AZAL prezidenti Batumi şəhərinin meri ilə görüşüb FOTO


Digərləri 12 Apr 2019 15:42:00 241 0

AZAL prezidenti Batumi şəhərinin meri ilə görüşüb  FOTO

Batumi şəhərinin meri Laşa Komaxidze Bakıda işgüzar səfərdədir. 

Mer səfər çərçivəsində aprelin 12-də AZAL prezidenti Cahangir Əsgərovla görüşmüşdür.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, görüşdə tərəflər bu ilin 14 iyun tarixindən etibarən Azərbaycanın loukosteri "Buta Airways" tərəfindən birbaşa müntəzəm reyslərin açılacağından məmnunluq ifadə etmişdirlər.

Cahangir Əsgərovun sözlərinə əsasən, Bakı-Batumi marşrutu üzrə uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri həyata keçiriləcək. Batumi loukosterin Gürcüstanda ikinci istiqaməti olacaq, belə ki, paytaxt Tbilisiyə də gündəlik uçuşlar həyata keçirilir.


Xəbərə aid fotolar