Brilliant Dadaşova: "Ailəli qadınam, suyu da üfürəüfürə içirəm"


Şou-biznes 12 Apr 2019 11:59:00 188 0

Brilliant Dadaşova: "Ailəli qadınam, suyu da üfürəüfürə içirəm"

"Sənət fədayilərinə sayqı, hörmət bitib. Heç bir dəftərdə adı olmayan, hansısa arxası olan insan gəlib Azərbaycan musiqisini illərlə dünyaya, Qafqaza tanıdan və sevdirən, baş əydirən insandan danışırsa, böyük qələt edir. Mirzə dayı bu gün oxuyan kimi oxuyanların səsini eşidəndə deyirdi ki, "anqırma, səsin başıma düşdü". Heç kim ona qayıdıb cavab vermirdi".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri xalq artisti Brilliant Dadaşova "Hər şey daxil" verilişində qonaq olan zaman deyib. Müğənni illərlə küsülü olduğu xalq artisti İlhamə Quliyevadan bəhs edib:

"İlhamə Quliyeva üçün ürəyim gedirdi. Uşaqlıqda oturub heyranlıqla ona baxırdım. Bacılarım filmə baxmaq istəyirdi, mənimlə dava edirdi, amma qoymurdum, ancaq İlhamə Quliyeva olan efirləri izləyirdim.