Tailandda avtobus qatarla toqquşdu 6 ölü, 9 yaralı


Dünya 12 Apr 2019 11:43:00 597 0

Tailandda avtobus qatarla toqquşdu  6 ölü, 9 yaralı

Tailandın Lopburi şəhərində sərnişin daşıyan mikroavtobusun hərəkətdə olan qatarın yoluna çıxması ağır qəzaya səbəb olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində 6 nəfər ölüb, daha 9 nəfər ağır yaralanıb.

Məlumata görə, hadisə səhər saatlarında baş verib. Şlaqbauma məhəl qoymadan dəmir yolu xəttinə çıxan avtobusu qatarın sürücüsü görsə də, qatarı saxlamaq mümkün olmayıb. Toqquşma nəticəsində avtobus beton plitələrə çırpılıb.