Vətəni Assancdan üz döndərdi


Dünya 12 Apr 2019 11:25:00 180 0

Vətəni Assancdan üz döndərdi

Avstraliya hökuməti Londonda həbs olunmuş "WikiLeaks" saytının təsisçisi Cullian Assanca hər hansı xüsusi dəstək göstərməyəcək.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Skott Morrison açıqlama verib.

Morrisonun sözlərinə görə, ona yalnız belə bir vəziyyətə düşmüş istənilən Avstraliya vətəndaşı kimi konsulluqda kömək edəcəklər və hər hansı xüsusi münasibət göstərilməyəcək.

Baş nazir əlavə edib ki, "WikiLeaks" təsisçisinə qarşı irəli sürülmüş ittihamlar bu baxımdan hər hansı əhəmiyyət kəsb etmir.