İsrailin Ay missiyası alınmadı


Digərləri 12 Apr 2019 10:48:00 234 0

İsrailin Ay missiyası alınmadı

İsrailin Aya yolladığı "Beresheet" aparatı Yerin təbii peykinin səthinə enə bilməyib, qəzaya uğrayıb.

Son.az Reuters-ə istinadən bildirir ki, İsraildəki "Spacell" şirkətinin hazırladığı və fevralın 11-də ABŞ-dakı "SpaceX" şirkətinin "Falcon 9" daşıyıcı raketi vasitəsilə orbitə çıxarılmış aparatın qəza səbəbləri açıqlanmır.

Missiyanın planına görə, "Beresheet" Aydakı Aydınlıq dənizinin şimal-şərq hissəsində, maqnit anomaliyalarının olduğu yerdə enməli idi. ABŞ-ın "Apollo-15" və "Apollo-17" aparatları bu məkanda Aya enmişdilər.

İlk əvvəl hər şey yaxşı idi. Zond-aparat Ay səthindən 22 km yüksəklikdə selfi çəkərək Yerə yollamışdı. Lakin sonradan aparatdan telemetriya gəlməyib. Telemetriya bərpa olunanda isə "Beresheet"in əsas mühərrikində problem yaranması barədə məlumat alınıb. Mühərrik işə salınanda artıq çox gec idi. Aparat həmin vaxt Aydan cəmi 149 metr yüksəklikdə idi.

"Aparatı itirdik. Əfsuslar ki, uğurlu enişi reallaşdıra bilmədik", - Layihəni dəstəkləyən "Israel Aerospace Industries" şirkətinin nümayəndəsi Ofer Doron deyib.


Xəbərə aid fotolar