Astara stansiyasının yolları və yoldəyişənləri əsaslı təmir olunur (FOTO)


Digərləri 12 Apr 2019 10:06:55 300 0

Astara stansiyasının yolları və yoldəyişənləri əsaslı təmir olunur (FOTO)

Astara stansiyasında 6 stansiya yolunun və 10 ədəd yoldəyişən qurğunun əsaslı təmirinə start verilib.

Bakı. Ceyhun Ələkbərov - Astara stansiyasında 6 stansiya yolunun və 10 ədəd yoldəyişən qurğunun əsaslı təmirinə start verilib. "Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə verilən məlumata görə, stansiya parkının əsasını təşkil edən bu yolların hər birinin uzunluğu 950 metrdən ibarətdir. Şimal-Cənub layihəsi çərçivəsində icra edilən işlərə uyğun olaraq, stansiyada yolların tam hazır vəziyyətə gətirilməsi zərurətdən doğur.