Azərbaycanlı icra başçısı yenə


Dünya 12 Apr 2019 09:13:00 239 0

Azərbaycanlı icra başçısı yenə

Dağıstanın Dərbənd rayonunun azərbaycanlı icra başçısı Məhəmməd Cəlilov iki sutkalıq həbs olunub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, artıq xüsusi reyslə Moskvaya aparılıb. Cəlilov Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 91-ci maddəsi üzrə ittiham olunur və 3 fakt üzrə şübhəli bilinir.

İstintaq materiallarına əsasən, Məhəmməd Cəlilov 2015-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək "Qafqaz" federal yolunda yerləşən ümumi sahəsi 3 hektar olan üç torpaq sahəsini qanunsuz olaraq qohumlarına verib. Torpaqların bazar dəyəri isə ümumilikdə 20 milyon rubladək qiymətləndirilir.