Qazaxıstan 2025ci ilədək latın əlifbasına keçid prosesini başa çatdıracaq


Dünya 12 Apr 2019 07:48:00 278 0

Qazaxıstan 2025ci ilədək latın əlifbasına keçid prosesini başa çatdıracaq

Qazaxıstan dövlətinin banisi Nursultan Nazarbayevin kiril əlifbasından latına keçmək barədə 2017-ci ildə imzaladığı sərəncamla bağlı ölkədə genişmiqyaslı işlər görülür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Qazaxıstanda 2025-ci ilədək latın əlifbasına keçid prosesini başa çatdırmaq nəzərdə tutulur. Bununla əlaqədar Qazaxıstan Milli Kitabxanası başda olmaqla bir çox təhsil və mədəniyyət müəssisələrində əhali üçün pulsuz latın hərfləri əsasına hazırlanmış qazax əlifbası dərsləri təşkil olunur. Bildirilir ki, əcdadları 1929-1940-cı illərdə latın əlifbasından istifadə edən, daha sonra kiril hərflərinə keçən qazaxlar bu prosesdə böyük həvəslə iştirak edirlər. Bu məqsədlə ölkədə yaradılmış Milli Dil Mərkəzi kitabxananı və digər müəssisələri lazımi dərsliklərlə təmin edir.