Avropa ölkəsi qəhvədən imtina edir


Digərləri 12 Apr 2019 07:14:00 231 0

Avropa ölkəsi qəhvədən imtina edir

Milli İqtisadi Təchizat üzrə İsveçrə federal dairəsi (FONES) qəhvəni strateji ehtiyatlar siyahısından çıxarmağı təklif edib.

Son.az xəbər verir ki, bu haqda hökumətin saytında bildirilir.

Qəti qərar noyabrda qəbul edilməlidir. Təklif onunla əsaslandırılıb ki, qəhvə praktik olaraq özündə kalori saxlamır və həyat üçün lazımlı məhsul deyil.

İndi müharibələr, təbii fəlakətlər və epidemiyalar təhlükəsi ilə əlaqədar qəhvə etiyatlarını "Nestle" də daxil olmaqla, 15 İsveçrə şirkəti saxlayır. Söhbət 15,3 min ton qəhvə ehtiyatından gedir. Bu, ehtiyatlar ölkəyə üç aya çatacaq. İsveçrə vətəndaşları (8,5 milyon) hər il təxminən orta hesabla 9 kq qəhvə istifadə edirlər. Bu, ABŞ-dakı göstəricidən iki dəfə çoxdur.