Kürdən okean balığı tutulub


Digərləri 12 Apr 2019 02:30:00 343 0

Kürdən okean balığı tutulub

Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində Uqor adlı okean balığı tutulub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, uzunluğu 1 metr, çəkisi 2 kiloqramdan artıq olan balığın Kür çayında görünməsi nadir hadisədir.

Ehtimal olunur ki, ölkəmizə məxsus gəmilər okean və dənizlərdə üzərkən Uqor balığı onların gövdəsinə yapışıb. Sonra həmin balıq gəmi vasitəsi ilə Xəzər dənizinə, oradan isə Kür çayına keçib. Çünki nadir hallarda, yəni, 30-40 ildən bir Kür çayında ilanbalığına oxşar belə balığa rast gəlinir.