Assanjın ABŞa ekstradisiyası təhlükəli presedent yaradır


Dünya 11 Apr 2019 23:21:00 283 0

Assanjın ABŞa ekstradisiyası təhlükəli presedent yaradır

"Vikiliks" portalının banisi Culian Assanj ABŞ-da ekstradisiya cəhdinə qarşı durmaq niyyətindədir.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu haqda "Blomberg" agentliyi bildirib.

"Biz ekstradisiyaya etiraz edəcəyik və onunla mübarizə aparacağıq", - Assanjın vəkili Cennifer Robinson deyib.

O qeyd edib ki, Assanjın Londonda həbsi ABŞ-da jurnalistlər üçün təhlükəli presedent yaradır.

"Bu presedent bildirir ki, ABŞ haqqında düzgün informasiya dərc edən istənilən jurnalistin ABŞ-da sonrakı məhkəmə təqibi üçün ekstradisiyası mümkündür", - Robinson bildirib.

Qeyd edək ki, Assanc bu gün Ekvadorun ona sığınacaq verməməsi ucbatından bu ölkənin Britaniyadakı səfirliyindən çıxarılıb. Nəticədə Britaniya polisi onu 2012-ci ildən bu yana məhkəməyə gəlməməkdə ittiham edərək, həbs edib.