“JetBlue” Londona uçuşlar həyata keçirəcək


Dünya 11 Apr 2019 22:34:00 269 0

“JetBlue” Londona uçuşlar həyata keçirəcək

ABŞ-ın "JetBlue" aviaşirkəti 2021-ci ildə Nyu-York və Bostondan Londona uçuşlar həyata keçirəcəyini açıqlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu, 20 yaşlı aviaşirkətin Avropaya ilk transatlantik reysi olacaq. Hazırda şirkət ABŞ, Karib və Latın Amerikasında fəaliyyət göstərir. Aviaşirkətin Londonda hansı hava limanlarında fəaliyyət göstərəcəyi məlum deyil.