Qlobal informasiya təhlükəsizliyi bazarının həcmi 9 faiz yüksəlib


Digərləri 11 Apr 2019 22:36:00 228 0

Qlobal informasiya təhlükəsizliyi bazarının həcmi 9 faiz yüksəlib

"Canalys" analitiklərinin qiymətləndirməsinə görə, 2018-ci ildə informasiya təhlükəsizliyinin təmini üçün texnologiyalara qlobal xərclər 9,1 faiz yüksələrək 36,6 milyard dollar təşkil edib. Şəbəkə təhlükəsizliyi ən sürətlə inkişaf edən seqment olub: onun təmini üzrə xərclər 12,6 faiz yüksələrək 14,3 milyard dollar təşkil edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sayt və elektron poçt xidmətlərinin kibermüdafiəsinə xərclər 8,2 faiz yüksələrək 7,2 milyard dollar olub. Məlumatların mühafizəsi kateqoriyasında xərclər 1,2 faiz artaraq 1,9 milyard təşkil edib.