Cəhənnəmdəki kimi yaşayış ana və onun evində qalan 23 yaşlı oğul


Digərləri 11 Apr 2019 21:03:00 213 0

Cəhənnəmdəki kimi yaşayış  ana və onun evində qalan 23 yaşlı oğul

Britaniyalı Sue Elliott-Nicholls 23 yaşlı oğlunu çox istəyir - lakin böyük yaşda olan övladın valideyninin evində uzun müddət yaşaması bəzən cəhənnəm əzabına çevrilə bilər, ana deyir. Oğul onunla razılaşır.

Maaşla ev kirayəsi arasında fərqə görə böyümüş və işləməyə başlamış övladın illərlə ata-ana evində qalması halları Britaniyada getdikcə adiləşir.

Sue Elliott-Nicholls və onun oğlu Morgan Elliott hesab edirlər ki, bəzən belə yaşayış cəhənnəmə çevrilə bilər.

Sue misal çəkir ki, günlərin bir günü işdən tez çıxıb əla əhval-ruhiyyədə evə gəlib görür ki, oğlu istilik sistemini səhərdən işə salıb və evdə istidən dayanmaq olmur, bu isə istiliyə görə ayın sonunda böyük hesabın gələcəyi deməkdir.

Ana deyir ki, onun yaşı 20-ni keçmiş oğullarının məvacibi Londonda ev kirayə etməyə bəs etmir, halbuki kirayə ilə yanaşı başqa gündəlik xərcləri də qarşılamaq lazımdır.

Civitas analitik mərkəzinin məlumatına görə, 23 yaşlı gənclərin 49 faizi hazırda valideynlərilə bir evdə qalırlar.

1998-ci ildə bu göstərici 37 faiz olub.

Sue deyir ki, onun oğlu Morgan tənbəl və ya işdən boyun qaçıran deyil və ana oğlunun halına acıyır.

Axı, Manchester şəhərində üç il ərzində sərbəst yaşayışdan sonra gəlib balaca bir otağa sığınmaq, harada ki, divarın o tayından nəfəsini necə aldığın da eşidilir... əlbəttə, bu bezdiricidir.

"Bu cür vəziyyətdə mən necə deyinməyim?", - Sue sual edir.

Sue-nun oğlu Morgan Elliott, öz nöbvəsində, qeyd edir ki, anası istiliyə o dərəcədə qənaət edir ki, ev buzxanaya dönüb. Morgan deyir ki, anası hər gün qəhvəyə 10 funt pul xərcləyir, amma oğlu üçün evi qızdırmağa qızırqanır.

Ana isə deyinir ki, oğlu stəkanını qabyuyan maşına düzgün yerləşdirmədiyindən stəkan yuyulmayıb.

Səhər soyuducuda olan kolbasa, toyuq və ətin axşamadək izi-tozu da qalmır.

Oğul isə deyir ki, "axı, sən deməmişdin ki, yemək olmaz".

Beləliklə, biz geriləyirik, o, əsəbi yeniyetmə, mən isə deyingən qadına çevrilirəm.

Morgan yır-yığış işləri görür

Morgan-ın şərhi: Bəzən soyuducuda gözümə toyuq tikəsi dəyəndə ondan yemək hazırlamaq qərarına gəlirəm.

Düşünürəm ki, məni yeməklə təmin etmək anam üçün böyük bir problemə çevrilməməlidir.

Amma həmişə belə edəndən sonra heyfslənirəm. Anam gəlib qışqırır ki, "sən artıq 23 yaşlı kişisən " Elə məsələ də ondadır ki, mən 23 yaşlı kişiyəm və yemək istəyirəm.

Sue: Yenə də qayıdaq istilik məsələsinə. Mən bir otaqda işləyəndə işığı yalnız orada yandırıram, yalnız o otağı isidirəm. Oğlum isə, əynində yalnız mayka-tuman bütün evi gəzir və bütün evin radiatorlarını maksimum gücdə işlədir. Təsəvvür edin, bu zaman mən nə hislər keçirirəm.

Belə halda ya ona deməliyəm ki, övlad olduğuna görə güzəştli şərtlə ödədiyi kirayə pulunu artırsın, ya fikir verməyim və artıq hesab gələndə özüm ödəyim, ya da ki, hər dəfə əlavə xərcə düşməmək üçün ondan evdən çıxmağı xahiş edim...

Dünyada ev qiymətlərinin ən baha olduğu şəhərlərdən birində - Londonda evi necə alırlar?

Bu cür əlavə xərc Morgan üçün gözəgörünməzdir - o, yalnız ayaqqabısının bağlarını yumaq üçün paltaryuyan maşını işlədə bilər, bir sosisi bişirmək üçün qaz sobasından istifadə edə bilər.

Ərim gülür ki, bəlkə, biz evdə olmayanda qazı kəsək?