Qurana sadiqliyimizin təzahürlərindən biri


Digərləri 11 Apr 2019 21:10:00 218 0

Qurana sadiqliyimizin təzahürlərindən biri

Quran - insanların hidayət çırağıdır. Qurana baxış gərək dərin olsun. Bu diqqət isə Quran ayələrinin mənasını anlayaraq meydana gəlir. Quran - insan həyatının mühüm əsaslarındandır. O kəs ki, Quran oxuyar, həyatında onun təsirlərini hiss edər.

Son.az deyerler.org-a istinadən bildirir ki, Quran bizlərə çatdırır ki, millətlər arasında həmişə münaqişələr olmuşdur. O səbəbdən buyurur: "Və hamılıqla Allahın ipindən (dindən, Kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın.

Allahın sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz.

Həmçinin siz od uçurumunun astanasında idiniz, sizi ondan xilas etdi. Allah Öz (tövhid, qüdrət və hikmət) nişanələrini sizin üçün bu cür bəyan edir ki, bəlkə hidayət olasınız". ("Ali-İmran" 103).