Ağdaşda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub (FOTO)


Digərləri 11 Apr 2019 20:51:37 184 0

Ağdaşda özünüməşğulluq  proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub (FOTO)

Sahil Babayev Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovla birgə bu rayonda aztəminatlı ailələrin özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış ailə təsərrüfatlarına baxış keçiriblər.

Bakı. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovla birgə bu rayonda aztəminatlı ailələrin özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış ailə təsərrüfatlarına baxış keçiriblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, yeni təsərrüfatların sahibləri ilə görüşündə S.Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən icra olunan özünüməşğulluq proqramının aztəminatlı ailələrin bu və ya digər iqtisadi fəaliyyət növündə kiçik ailə bizneslərini qurmalarına şərait yaratdığını bildirib. Nazir proqram iştirakçılarının bu imkandan düzgün və bacarıqla istifadə edərək, yeni yaradılmış təsərrüfatlarını genişləndirmək istiqamətində səylərini daim artıracaqlarına əmin olduğunu qeyd edib.