Azərbaycanda 253 tikinti maşını istismara yararsız olduğuna görə silinib


Digərləri 11 Apr 2019 20:11:00 246 0

Azərbaycanda 253 tikinti maşını istismara yararsız olduğuna görə silinib

2019-cu il yanvarın 1-i vəziyyətinə ölkənin tikinti müəssisələrində 11 647, o cümlədən dövlət müəssisələrində 4980, qeyri-dövlət müəssisələrində 6667 tikinti maşını olub.

Son.az bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2018-ci il ərzində 1104 maşın tam amortizasiya olunub, onlardan 253-ü istismara yararsız olduğuna görə silinib.

2018-ci ildə tikinti müəssisələri tərəfindən 167 ədəd müxtəlif növ tikinti maşını alınıb ki, onların 68-ni yükünü özüboşaldan avtomobil, 17-ni yolbasan maşın, 17-ni stasionar və avtobetonnasos, 13-nü pnevmotəkərli kran, 13-nü pnevmatik əl maşını, 11-ni karxanalar üçün mobil və stasionar qırma-ələmə avadanlığı, 28-ni isə digər növ tikinti maşını təşkil edib.