Bu qarışıq yumurtalıq kistasını azaldır


Digərləri 11 Apr 2019 19:49:00 223 0

Bu qarışıq yumurtalıq kistasını azaldır

Günümüzdə bir çox qadında yumurtalıq kistası ortaya çıxır. Sonsuzluq, qanaxma, menstruasiya pozğunluğu və ya xərçəng kimi başqa problemlərin yaranmasının qarşısını almaq üçün bu kistanı aradan qaldırmaq mühümdür.

Son.az Publika.az-a istinadən bu yazıda oxucuları yumurtalıq kistasını yox edən reseptlə tanış edib.

Şəkər çuğunduru və şəkər bəhməzindən hazırlanan cövhər qadınlar üçün həm xeyirdir, həm də kistanın ciddi xəstəliklərə çevrilməsini əngəlləyir.

Yumurtalıq kistasına qadınlarda xüsusilə yumurtalama dövründə təsadüf edilir. Bəzi qadınlarda yumurtalıq kistası böyük əhəmiyyət kəsb etmir və öz-özünə sağalır, bəzilərində isə cərrahi müdaxilə tələb edə bilər.

Yumurtalıq kistasının əlamətləri belədir:

Menstruasiya dövrünün pozulması, xüsusilə də uzun sürməsi.

Alt qarın bölgəsində təzyiq və ya ağrı hissi.

Şəkər çuğunduru və patka yumurtalıq kistasına mane olur

İki ərzaqdan ibarət olan bu resept sərbəst radikallarla mübarizə apararaq iltihablı prosesləri azaldan güclü xüsusiyyətlərə malikdir. Şəkər çuğunduru və şəkər bəhməzi immuniteti gücləndirərək kistanın yaranmasının qarşısını alır

Şəkər çuğunduru

Şəkər çuğunduru bənövşəyi rəngli şirin tərəvəzdir. O, təbii yolla orqanizmdəki bir çox nasazlığı yaxşılaşdırmağa kömək edir. Şəkər çuğunduru piqmenti və sahib olduğu xüsusiyyətlər sayəsində yumurtalıq kistalarının qarşısını alınmaqda və müalicəsində çox təsirli ola bilər. Antioksidant, iltihab və xəstəlik önləyici komponentlərə malikdir.

Şəkər bəhməzi