Qadınlar niyə ərini döyür? Son vaxtların “trend”inə rəsmi reaksiya


Digərləri 11 Apr 2019 18:59:00 246 0

Qadınlar niyə ərini döyür?  Son vaxtların “trend”inə rəsmi reaksiya

"Bakıda qadın ərini döydü, kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi", "Qadın həyat yoldaşını döyərək öldürdü"... Son vaxtlar bu kimi xəbərlərə tez-tez rast gəlirik.

Kişilərin öz xanımını, sevgilisini döyməsi, öldürməsi hadisəsi isə artıq o qədər eşidilib, o qədər təkrarlanıb ki, bəlkə də insanlar üçün adiləşib.

Son.az xəbər verir ki, Oxu.az-ın əməkdaşı son vaxtlar ailələrdə xüsusən xanımlar tərəfindən zorakılıq hallarının artmasının səbəbini öyrənmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib. 

Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin əməkdaşı Günel Məhərrəmzadə sorğumuza cavab olaraq bildirib ki, gənc ailələrdə ailə münasibətlərinə məsuliyyətsiz yanaşma, həmçinin, patriarxal stereotiplərin hələ də qalması zorakılıq hallarının baş verməsinə zəmin yaradır. 

G.Məhərrəmzadə məsələnin yalnız nikahda olan qadınla kişi arasındakı zorakılıqdan ibarət olmadığını diqqətə çatdırıb:

"Ola bilər ki, kişiyə qarşı ailə üzvləri tərəfindən zorakılıq törədilsin və ya qohumluq münasibəti olmayan şəxslər birgə yaşayırlar, onların məişət şəraitləri birgədir və bu zəmində də zorakılıq törədilir və s. 

Lakin zorakılıqla bağlı kişilər tərəfindən müraciətlər çox az daxil olduğu üçün belə faktların statistikası hesablanmır.

Araşdırmalar belə faktların sayının az olduğunu və məsələnin aktual olmadığını göstərir".