"Qarabağ" rəqs kollektivi ermənilərə qalib gəldilər


Digərləri 11 Apr 2019 18:24:00 266 0

"Qarabağ" rəqs kollektivi ermənilərə qalib gəldilər

Tbilisidə "Yeni Tiflis Idman Sarayinda" ında rəqs üzrə "Qafqaz Çempionati-2019"  yarışması keçirildi. Gürcüstan Rəqs Federasiyası tərəfindən  təşkil edilən turnirdə Azərbaycan, Türkiyə, Ermənistan və Rusiyadan olan rəqqaslar iştirak ediblər.

Son.az xəbər verir ki. turnirin çərçivəsində fərqli yaş kateqoriyalarında və müxtəlif rəqs proqramları ilə bir neçə müsabiqə keçirilib. Gürcüstanın paytaxt olan Tblisidə  keçirilən yarımaya Azərbaycandan " Jam SS","Buta rəqs ansamblı" Bakı şəhərindən, "Qarabağ rəqs kollektivi" Ağcabədi şəhərindən olan rəqs qrupları iştirak ediblər. Həmçinin hakimlər heyətində Azərbaycanın Rəqs Assosiasiyasının vitse-prezidenti Ülviyyə Həsənova Azərbaycanı təmsil edib.

"Qafqaz Çempionatı" adını qazanan birinci yerlərin sahiblərinin adları aşağıda verilib:

-ARA (Azərbaycan Rəqs Assosiasiyası) tərəfindən maliyyələşdirilən və ötən il keçirilən bütün turnirlərin "Bollivud" üzrə qalibi olan Dəniz Ramazanlı -Ağcabədidən Qarabağ rəqs kollektivi  "Vyana Valsi" adlı rəqsi ilə -Müasir Solo (böyüklər) istiqamətində "Jam SS" məktəbini təmsil edən Nigar Soltanova -Buta rəqs ansamblı duet (uşaqlar) Mirzəzadə Nuru və Abbasov Fidan "Bayram Rəqsi" pyesi ilə -Buta rəqs ansamblı Bollivud üzrə duet - Abbasova Fidan və Abbasov Yusif -Müasir duet (böyüklər) Nigar Soltanova, Umar Kadırov