İran və Azərbaycan həmişə birbirinə dəstək olub


Digərləri 11 Apr 2019 18:09:00 253 0

İran və Azərbaycan həmişə birbirinə dəstək olub

Humanitar yardım İranın təbii fəlakətdən zərər çəkən zonalarına göndəriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev İranda seldən zərərçəkənlərə Azərbaycanın humanitar yardımının göndərilməsi ilə bağlı Astara sərhədində baş tutan mərasimdə jurnalistlərə verdiyi açıqlamada deyib.

İ.Abdullayev bildirib ki, bundan sonra qonşu və dost ölkə İranın belə narahatlıq yaradan təbii fəlakətlərin şahidi olmayacağına ümid edir.

FHN rəsmisinin sözlərinə görə, Azərbaycan və İranın münasibətləri qardaşlıq münasibətləridir: "İran xalqı və dövlətinin Azərbaycanın ürəyində yeri var. Azərbaycan qonşu ölkələr, xüsusilə İranın inkişafı və onunla dostluq əlaqələrinin tərəfdarıdır. İran və Azərbaycan həmişə bir-birinə dəstək olub, gələcəkdə də bu proses davam edəcək".