Əli Əhmədov: Əldə olunan nailiyyətlər Azərbaycan vətəndaşlarına Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti qəti şəkildə dəstəkləməsinə imkan verir


Digərləri 11 Apr 2019 18:07:00 104 0

Əli Əhmədov: Əldə olunan nailiyyətlər Azərbaycan vətəndaşlarına Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti qəti şəkildə dəstəkləməsinə imkan verir

Əli Əhmədov: Əldə olunan nailiyyətlər Azərbaycan vətəndaşlarına Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti qəti şəkildə dəstəkləməsinə imkan verir

Bakı. Elçin Mehdiyev - 1 il bundan öncə Azərbaycan vətəndaşları öz seçimini edərək Prezident İlham Əliyevi yeni müddətə, yəni 2025-ci ilədək dövlət başçısı vəzifəsinə seçiblər. Azərbaycan xalqı tərəfindən növbəti dəfə belə bir seçimin edilməsi, bir yandan vətəndaşların Ulu Öndər Heydər Əliyevin siyasətinə hörmətin, inamın ifadəsi, ikinci tərəfdən isə Prezident İlham Əliyevə bundan əvvəlki fəaliyyəti dövründə Azərbaycanın inkişafı yolunda əldə etdiyi nailiyyətlərinə, uğurlarına verilən qiymətdir. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ağcabədidə “Məcburi köçkün və şəhid ailələrinin sosial müdafiəsi Prezident İlham Əliyevin siyasətində mühüm yer tutur” mövzusunda keçirilən müşavirədə deyib. Baş nazirin müavini bildirib ki, sözün həqiqi mənasında Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan böyük inkişaf mərhələsi keçib, ölkəmizin iqtisadiyyatından tutmuş həyatımızın bütün sferalarında ciddi, əhəmiyyətli dəyişikliklər baş verib. Ölkəmizin siması dəyişib, insanların rifahı yaxşılaşıb. Azərbaycan xeyli dərəcədə müasirləşərək, dünyanın uğurlu dövləti kimi qiymətləndirilir. Ə.Əhmədov deyib ki, əldə olunan nailiyyətlər, uğurlar Azərbaycan vətəndaşlarına Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti qəti şəkildə dəstəkləməsinə imkan verir. Məhz bunun nəticəsidir ki, 1 il bundan öncə Azərbaycan vətəndaşları növbəti dəfə seçimlərini İlham Əliyevdə görərək, Ona səs veriblər. Bu doğru seçimdir. Bundan əvvəlki illərin təcrübəsi bu fikri səsləndirməyə ciddi əsaslar yaradır ki, növbəti illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcək, ölkənin iqtisadiyyatı daha da artacaq, möhkəmlənəcək, dövlətçiliyimiz daha da güclənəcək və bunun əsasında vətəndaşlarımızın rifah halında daha ciddi dəyişikliklər əldə ediləcək: “Azərbaycan sözün əsl mənasında böyük inkişaf mərhələsi yaşayır. Bu bir çox səbəb və amillərlə bağlıdır. Birincisi, birmənalı şəkildə hər birimizin etiraf etdiyi kimi, Heydər Əliyev siyasəti ilə əlaqədardır. Heydər Əliyev siyasəti Azərbaycana uzun illərdir uğur gətirir. Dövlətin həyata keçirdiyi ən başlıca iki siyasət var ki, birincisi dövlətin, insanların təhlükəsizliyi, ikincisi isə insanların rifah halının, həyat səviyyəsinin yaxşılaşdırılmasından ibarətdir. Məmnunluqla deyə bilərəm ki, Azərbaycan dövləti qarşısında duran hər iki vəzifənin öhdəsindən layiqincə gəlir. Bu gün Azərbaycan ən sabit, insanlarımızın yaşaması üçün ən təhlükəsiz ölkələrdən biridir. Ölkəmizdə sabitlik, əmin-amanlıq, dinclik, rahatlıq bugünkü Azərbaycanın mövcudluğunu xarakterizə edən ən mühüm xüsusiyyətlərdən, vacib cəhətlərdən biridir. Belə hesab edirəm ki, Azərbaycanın bu sabitliyinin, əmin-amanlığının nə qədər böyük dəyər kəsb etdiyini insanlarımız kütləvi informasiya vasitələri ilə, dünyada baş verən hadisələri müşahidə etdikdə daha da dəqiqliklə qiymətləndirə bilirlər. Əgər sülh, əmin-amanlıq, təhlükəsizlik olmasaydı, əldə etdiyimiz sosial, iqtisadi nailiyyətlər heç bir dəyər, məna kəsb etməzdi. İnsanın həyatından, yaşaması üçün təhlükəsizlikdən böyük dəyər təsəvvür etmək mümkün deyil. Digər dəyərlər, sərvətlər yalnız insanın, ailəsinin təhlükəsizliyinin olduğu şəraitdə məna kəsb edir. Hesab edirəm ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə təhlükəsizliyin təmin edilməsi, sabitliyin, əmin-amanlığın qorunması məhz bu mənada daha mühüm əhəmiyyət kəsb edir və dövlət siyasətində ən vacib yerlərdən birini tutur. Çünki, bu, insanların yaşaması üçün ən vacib şərtlərindən biridir. Yaxşı yaşamaq üçün təhlükəsizlik təmin edilməlidir. Azərbaycan hökuməti qürur hissi ilə qeyd edir ki, bu vəzifənin öhdəsindən layiqincə gələ bilib". Ə.Əhmədov bildirib ki, qarşıya qoyulan ikinci vəzifə olan vətəndaşlarımızın sosial problemlərinin həll olunması, onların rahat yaşamaları üçün şəraitin təmin edilməsi istiqamətində də böyük işlər uzun müddət ərzində həyata keçirilib: "Minimum pensiyanın 116 manatdan 160 manata çatdırılması da məhz əldə olunan maddi bazanın sayəsində atılan addım, həyata keçirilən aksiyalardır. Bu eyni zamanda insanların rifah halının yaxşılaşdırılması üçün ölkə başçısı tərəfindən atılan cəsarətli bir addımdır. Müavinətlərin, minimum əmək haqlarının, pensiyaların bir dəfəyə 40 faizədək artırılması böyük maliyyə vəsaiti tələb edən cəsarətli addımdır. Azərbaycan hökuməti birincisi, insanların rifahının yaxşılaşdırılması ilə bağlı çox ciddi addımlar atmağa hazırdır, bu hökumətin həyata keçirdiyi siyasətin əsas vəzifələrindən biridir. İkincisi isə bu cəsarətli addımı atmaq üçün etibarlı baza yaradılıb. Sərəncamların sayı həddindən artıq çoxdur. Çox müxtəlif təbəqələrin həyatının yaxşılaşdırılmasına əsas yaradan sərəncamlar imzalandı, addımlar atıldı. 600 minə yaxın insan təkcə minimum əmək haqlarının artırılması istiqamətində atılan addımdan bəhrələnmiş oldu. Bu rəqəmi eynilə minimum əmək pensiyası alanlara da şamil etmək olar. Minimum əmək haqlarının 180 manata qaldırılması o deməkdir ki, ölkəmizdə bundan az əmək haqqı alan olmayacaq, bunun nəticəsində həyatı yaxşılaşan insanlar daha da çoxalacaq. Bu avtomatik olaraq digər səviyyələrdə əmək haqqı alanların maaşlarının artırılmasına səbəb olacaq. Əlillərin, müxtəlif səbəblərlə əlaqədar əlillik pensiyası alanların, Qarabağ müharibəsi əlillərin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı çox ciddi güzəştlər tətbiq edilib, aldıqları müavinətlərin səviyyəsi artıb. Elə bir təbəqə qalmayıb ki, onların həyat səviyyəsinin yaxşılaşdırılması üçün bu və ya digər formada güzəşt və müavinətlər artırılmasın. O cümlədən məcburi köçkünlər üçün verilən müavinətlərin də 50 faiz artırılması, bu kateqoriyadan olan dövlət yardımları hesab oluna bilər. Prezidentin həyata keçirdiyi siyasətin əsas məqsədi, başlıca niyyəti insanların rifah halının yaxşılaşdırılması, onlara göstərilən qayğının daha da artırılması və onun həyat yaşayışının müasirləşməsidir. Təbii ki, bütün bunların hamısı iqtisadi bazanın yaradılması sayəsində mümkün ola bilər. Ona görə də , bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında, birbaşa təşəbbüsü nəticəsində geniş miqyaslı iqtisadi islahatlar həyata keçirilir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
XİN: Bu və ya digər şəxsi öz ərazisinə buraxmaq hüququ suveren dövlətə aiddir like
  • 11 Apr 18:04  
Digərləri XİN: Bu və ya digər şəxsi öz ərazisinə buraxmaq hüququ suveren dövlətə aiddir

Avropa Şurasının Baş katibi T.Yaqland üzv ölkələrə “boz ərazilərə

arrow Ətraflı
Kamran Ağayev: "Milli komandanın forması ilə maşın da yuyuram, toya da gedirəm" like
  • 11 Apr 18:00  
İdman Kamran Ağayev: "Milli komandanın forması ilə maşın da yuyuram, toya da gedirəm"

AFFA "Keşlə" klubunun qapıçısı Kamran Ağayevi reklam çarxın

arrow Ətraflı
İrandan Azərbaycana narkotik gətirənlərə hökm oxundu like
  • 11 Apr 17:59  
Kriminal İrandan Azərbaycana narkotik gətirənlərə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana narkoti

arrow Ətraflı
Göyçayda qəza: like
  • 11 Apr 17:57  
Digərləri Göyçayda qəza:

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

arrow Ətraflı
21 yaşlı model 18+ like
  • 11 Apr 17:54  
Digərləri 21 yaşlı model 18+

Məşhur model Alesi Kafelnikova Balidə istirahət zamanı lentə alınan 18+ f

arrow Ətraflı
"Bakcell" abunəçiləri minlərlə kinoya pulsuz baxmaq imkanı əldə edib (FOTO) like
  • 11 Apr 17:50  
Digərləri "Bakcell" abunəçiləri minlərlə kinoya pulsuz baxmaq imkanı əldə edib (FOTO)

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "

arrow Ətraflı
Atletlərimiz Avropa çempionatında çıxışlarını başa vurublar (FOTO) like
  • 11 Apr 17:47  
Digərləri Atletlərimiz Avropa çempionatında çıxışlarını başa vurublar (FOTO)

Gürcüstanın Batumi şəhərində keçirilən kişilər və qadınlar arasınd

arrow Ətraflı
Qaya parçaları QubaXınalıq yolunu bağlayıb like
  • 11 Apr 17:44  
Digərləri Qaya parçaları QubaXınalıq yolunu bağlayıb

Bu saatlarda Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən

arrow Ətraflı
KOB-lar üçün onlayn təlim sistemi yaradılır (FOTO) like
  • 11 Apr 17:43  
Digərləri KOB-lar üçün onlayn təlim sistemi yaradılır (FOTO)

Kiçik və orta sahibkarların təlim ehtiyaclarının ödənilməsi Kiçik və

arrow Ətraflı
Nazarbayevin qızı prezident seçkilərinin şəffaf keçirilməsinə çağırıb like
  • 11 Apr 17:37  
Digərləri Nazarbayevin qızı prezident seçkilərinin şəffaf keçirilməsinə çağırıb

Ölkədə qanuni, şəffaf və ədalətli prezident seçkilərinin təmin edilm

arrow Ətraflı
Bakıda tüstülənən bankdan yanğınla bağlı açıqlama like
  • 11 Apr 17:34  
Digərləri Bakıda tüstülənən bankdan yanğınla bağlı açıqlama

"AccessBank"ın baş ofisində yanğın hadisəsinin baş verməsi il

arrow Ətraflı
Piyadanı vurub qaçan sürücü saxlanılıb like
  • 11 Apr 17:33  
Digərləri Piyadanı vurub qaçan sürücü saxlanılıb

Şəkidə piyadanı vurub hadisə yerindən yayınan sürücü saxlanılıb.

arrow Ətraflı
Müasir heyvan kəsimi məntəqələrinin sayı artır (FOTO) like
  • 11 Apr 17:25  
Digərləri Müasir heyvan kəsimi məntəqələrinin sayı artır (FOTO)

paytaxtda və respublikanın müxtəlif rayonlarında yeni müasir heyvan kəsim

arrow Ətraflı
Ərinin bir milyon borcunu Işın ödəyir like
  • 11 Apr 17:21  
Digərləri Ərinin bir milyon borcunu Işın ödəyir

Türkiyəli müğənni Işın Kara əri Sedat Doğandan ayrılsa da, aralarında

arrow Ətraflı