KOB-lar üçün onlayn təlim sistemi yaradılır (FOTO)


Digərləri 11 Apr 2019 17:43:00 180 0

KOB-lar üçün onlayn təlim sistemi yaradılır (FOTO)

Kiçik və orta sahibkarların təlim ehtiyaclarının ödənilməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) prioritetlərindəndir.

Bakı. Kiçik və orta sahibkarların təlim ehtiyaclarının ödənilməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) prioritetlərindəndir. Agentlikdən Trend-ə verilən məlumata görə, təcrübə göstərir ki, KOB-ların buna daha çox tələbatı var. Hazırda Agentlik tərəfindən müasir dövrün tələblərinə uyğun təlim sisteminin yaradılması istiqamətində işlər aparılır və yaxın zamanlarda onlayn platformada reallaşacaq bu sistem sahibkarların istifadəsinə veriləcək. Bu sistem vasitəsilə həyata keçiriləcək təlimlər biznes subyektlərinin fəaliyyətlərinin daha səmərəli təşkilində əhəmiyyətli olacaqdır.