Çavuşoğlu Makronu tənqid etdi Qondarma "erməni soyqırımı"


Dünya 11 Apr 2019 16:54:00 226 0

Çavuşoğlu Makronu tənqid etdi  Qondarma "erməni soyqırımı"

"Fransa Prezidenti Emmanuel Makron 24 aprel tarixinin qondarma "erməni soyqırımı"nın xatirə günü elan edilməsi haqqında fərman imzalamaqla beynəlxalq hüququ kobud şəkildə pozub".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" səhifəsində yazıb.

Nazir bildirib ki, E.Makron belə qərar qəbul etməzdən əvvəl öz ölkəsinin tarixinin qaranlıq məqamlarına diqqət etsəydi, yaxşı olardı.