Pirallahıda "Xalqa və dövlətçiliyə xidmət" adlı tədbir keçirilib


Digərləri 11 Apr 2019 16:30:48 174 0

Pirallahıda "Xalqa və dövlətçiliyə xidmət" adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə "Xalqa və dövlətçiliyə xidmət" başlığı altında tədbir keçirilib.

Bakı. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə "Xalqa və dövlətçiliyə xidmət" adı altında tədbir keçirilib. Trend-in məlumatına görə, Dövlət Himninin səslənməsindən sonra millət vəkillərinin, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura üzvləri, ərazi ilk partiya təşkilatları sədrləri, rayonun Ağsaqqallar Şurasının üzvləri, Qarabağ müharibəsi veteranları və Çernobıl əlillərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qonaqları və tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan 2018-ci ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etmiş, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənib: "Ötən 16 ilin mənzərəsinə nəzər saldıqda görürük ki, respublikamız sürətlə inkişaf edib, bütün sahələrdə parlaq nailiyyətlər qazanılıb. Ötən ilin ən mühüm-əlamətdar hadisəsi isə prezident seçkilərinin keçirilməsi və cənab İlham Əliyevin növbəti dəfə möhtəşəm qələbə qazanması oldu. Azərbaycan xalqı yenidən cənab İlham Əliyevə yüksək etimad göstərdi və bir daha sabitliyə, inkişafa və tərəqqiyə səs vermiş oldu. Dünyaya nümunəvi və mütərəqqi inkişaf modeli təqdim edən Azərbaycan bu gün, sözün əsl mənasında, özünün qızıl əsrini yaşamaqdadır və bu dövr hələ uzun müddət davam edəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi kurs bir daha sübut etdi ki, ölkəmizdə islahatlar davamlı xarakter daşıyır". Millət vəkili, Milli Məclisin İnsan Hüquqları Komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvü Elman Nəsirov çıxışında Prezident İlham Əliyevin 2019-cu ilin ilk üç ayı ərzində sosial yönümlü sərəncamlarından əhalinin hər yaş qrupunun faydalandığını qeyd etdi. Azərbaycanda qazlaşmanın 95 %-ə çatmasının, bölgələrin, hətta ucqar dağ kəndlərinin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasını, bütün ölkə boyu yol infrastrukturunun dünya standartları səviyyəsinə çatdırılmasını vurğulayaraq, bu inkişafın arxasında ölkə başçısı İlham Əliyevin yürütdüyü uğurlu siyasətin dayandığının qeyd etdi.