Cavid Qurbanov: Azərbaycan Çinin “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsünün reallaşmasına böyük töhfələr verə bilər


Digərləri 11 Apr 2019 14:53:00 214 0

Cavid Qurbanov: Azərbaycan Çinin “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsünün reallaşmasına böyük töhfələr verə bilər

Koreyanın paytaxtı Seul şəhərində keçirilən Dəmir Yolları Əməkdaşlıq Təşkilatı Baş Direktorlar Konfransının XXXIV iclası çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bir sıra ikitərəfli görüşlər keçirib.

Bakı. Koreyanın paytaxtı Seul şəhərində keçirilən Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (DYƏT) Baş Direktorlar Konfransının XXXIV iclası çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bir sıra ikitərəfli görüşlər keçirib. “Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə verilən məlumata görə, “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri Sauat Mınbayevlə keçirilən görüşdə çıxış edən Cavid Qurbanov Azərbaycan dəmir yolunda reallaşdırılan layihələr, ikitərəfli əməkdaşlığln genişləndirilməsi istiqamətində görülən işlər, həmçinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə daşımaların effektivliyinin və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensialın mövcud olduğu haqqında danışıb. Görüşdə Azərbaycan və Qazaxıstan dəmir yolları arasında yük daşınması həcminin artırılması məsələləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun (BTNM) inkişaf perspektivləri müzakirə olunub. “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri Sauat Mınbayev çıxış edərək Azərbaycan və Qazaxıstan Dəmir Yolları arasında ikitərəfli əməkdaşlığın gələcək perspektivləri haqqında danışıb. Daha bir görüş “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla Cin Dəmir Yolları baş direktorunun müavini Lyu Çjenfan arasında kecirilib. Görüşdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri, Çinin “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında BTNM-in əhəmiyyəti haqında müzakirələr aparılıb.