Cavid Qurbanov Dəmir Yolları Əməkdaşlıq Təşkilatı Baş Direktorlar Konfransının iclasında iştirak edir (FOTO)


Digərləri 11 Apr 2019 14:42:00 221 0

Cavid Qurbanov Dəmir Yolları Əməkdaşlıq Təşkilatı Baş Direktorlar Konfransının iclasında iştirak edir (FOTO)

Koreyanın paytaxtı Seul şəhərində DYƏT Baş Direktorlar Konfransının XXXIV iclası keçirilir.

Bakı. Koreyanın paytaxtı Seul şəhərində Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (DYƏT) Baş Direktorlar Konfransının XXXIV iclası keçirilir. Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. QSC-dən Trend-ə verilən məlumata görə, iclasda 2018-ci il üçün yük daşımaları üzrə DYƏT Komissiyasının fəaliyyət nəticələri, 2018-ci ildə İnfrastuktur və hərəkət heyətləri üzrə DYƏT Komissiyasının fəaliyyəti, DYƏT-in kodlaşdırma və informatika üzrə Daimi İşçi Qrupunun fəaliyyəti, birbaşa dəmir yolu bağlantısına dair Konvensiyanın layihə mətninin qəbul edilməsi, dəmir yolu daşımalarında peşəkar təhsil/təlim üzrə Müvəqqəti İşçi Qrupunun işinin gedişatı, Baş Direktorlar Konfransının iclaslarının 2020-ci və sonrakı illər üçün keçirilmə yerlərinin ardıcıllığı, DYƏT Baş Direktorlar Konfransının XXXV iclasının ilkin gündəliyi, keçirilmə tarixi və yeri haqqında məsələlər müzakirə edilir.