Bakıda narkotik satan şəxslər saxlanıldılar FOTO


Digərləri 11 Apr 2019 14:22:00 228 0

Bakıda narkotik satan şəxslər saxlanıldılar  FOTO

Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Maştağa qəsəbə sakini Mütəllim Babayev saxlanılıb. Onun üzərinə baxış zamanı 5,695 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq M.Babayevin yaşadığı evin həyətindəki yardımçı tikiliyə baxış zamanı əlavə olaraq oradan 3 kiloqram 200 qram narkotik vasitə olan heroin, 104,17 qram marixuana, həmçinin elektron tərəzi və bir əddə müvafiq sənədləri olmayan "Magnum" markalı ov tüfəngi aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən daha bir uğurlu əməliyyat nəticəsində paytaxt sakini əvvəllər məhkum olunmuş Rəfael Hüseynov Bakıxanov qəsəbəsində tutulub.


Xəbərə aid fotolar