İcraçı direktor: Bu il daha çox gəncin təhsil haqqı borcunun ödənilməsi nəzərdə tutulur


Digərləri 11 Apr 2019 13:42:00 243 0

İcraçı direktor: Bu il daha çox gəncin təhsil haqqı borcunun ödənilməsi nəzərdə tutulur

Azərbaycan Gənclər Fondu 2018-ci ildə bir qrant müsabiqəsi keçirib və nəticədə gənclərin 270, gənclər təşkilatlarının isə 91 layihəsi maliyyələşdirilib.

Bakı. Elçin Mehdiyev – Azərbaycan Gənclər Fondu 2018-ci ildə bir qrant müsabiqəsi keçirib və nəticədə gənclərin 270, gənclər təşkilatlarının isə 91 layihəsi maliyyələşdirilib. Trend-in məlumatına görə, bunu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Milli Məclisin Gənclər və idman komitəsinin iclasında deyib. F.Cəfərov bildirib ki, Fond 2011-ci ildə Prezident İlham Əliyevin təşəbbüsi ilə təsis edilib, gənclərin ideyalarının, sosial, elmi və digər sahələrdə layihələrinin maliyyələşdirilməsini həyata keçirir.