Lotereyada 210 milyon dollar udmuşdular,


Digərləri 11 Apr 2019 13:36:00 193 0

Lotereyada 210 milyon dollar udmuşdular,

Ueyrlər ailəsi dağılır. 62 yaşlı Kris Ueyr və onun xanımı, 71 yaşlı Kolin Ueyr 8 il əvvəl "Euromillion" lotereyasında cek-potu udmuş, 161,653 milyon funt-sterlinqə, yəni təqribən 210 milyon dollara yiyələnmişdilər.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Şotlandiyanın qərb sahillərindəki Nort-Erşir bölgəsində, Larqs şəhərində yaşayan Krislə Kolin 38 illik nikahdan sonra boşanmağa qərar veriblər.

Onlar lotereyada 210 milyon dollar udduqdan sonra Britaniyanın ən zəngin adamlarının reytinqi sayılan "Sunday Times Rich List"də Devid Bekhem ailəsindən sonrakı yeri tutmuşdular.


Xəbərə aid fotolar