Xanım İsmayılqızı kövrəldi: "Oğlum dünyasını dəyişəndən sonra..."


Şou-biznes 11 Apr 2019 13:27:00 214 0

Xanım İsmayılqızı kövrəldi: "Oğlum dünyasını dəyişəndən sonra..."

Şeirləri və bəstələri ilə ruhumuzu qidalandırıb qəlbimizin sarı simlərinə toxunan bəstəkar Xanım İsmayılqızı dünən doğum gününü qeyd edib.

O, 63 illik ömür yolu haqqında düşüncələrini publika.az-a müsahibəsində bölüşüb.

- Doğum günlərində hansı əhval-ruhiyyədə olursunuz?

- Hisslər qarışıqdır, hər halda bilirəm ki, müəyyən bir yaşa çatmışam. 60-ı haqlamaq artıq yaşa dolmaq deməkdir. Buna qocalıq da demək olmaz, son dövrlərdə insan ömrü uzanıb, qocalıq 70 yaşdan sonraya aid edilir.

- Hər bir insan layiq olduğu ömrü yaşayır deyirlər, bu baxımdan sizin qismətinizə hansı ömrü yaşamaq nəsib olub?

- Qəliz sual oldu. Təbii ki, hər insan yaşadığı həyatdan daha artığını istəyir. Yaradıcılıqda arzuladığım və layiq olduğum yerdəyəm, uğurlu karyeram var. Milyonlarla insanın qəlbinə yol tapmaq və sevgisinə layiq olmaq kiçik nailiyyət deyil.

Şəxsi həyatımla bağlı eyni fikri deyə bilmərəm... Çünki taleyimdə məni sarsıdan ağrılarım, sağalmayan yaralarım var, oğlumu itirmişəm... Hansı ana deyə bilər ki, "Mən buna layiq idim".

- Yazıçı Remark deyir ki, bizi qocaldan xatirələrimizdir. Əbədi gəncliyin sirri odur ki, unutmağı bacarasan. Sizcə, unutmağı bacarmaq qocalmağın qarşısını almağa kömək edir?

- Remarkla fikirlərimiz üst-üstə düşmür. Təbii ki, həyatında qəmli-kədərli anlar daha çox olubsa, bu, insanı qocalda bilər. Hər halda deməzdim ki, gözəl xatirələr insanı qocaldır. Əksinə keçmişdə yaşanan xoş anlar bizim üçün ən güclü təsəllidir. Hər insan istər mənəvi, istərsə də fiziki baxımdan gücü tükəndiyi zaman dərhal ən əziz xatirələrinə sarılır. Xatirlər bizi həyatda saxlayan və qoruyan qiymətli bir silahdır. Yaşananlar yadımıza düşdükcə həmin anlar sanki yenidən canlanır, ürəyin fərəhlə dolur. Xoş o insanın halına ki, tale yolunu sevincli xatirlər daha çox bəzəyib.

Yuxular və xatirələrimiz olmasaydı, bilmirəm ki, bu darlığın içində necə yaşaya bilərdik? Xatirələr ümidverici məqamdır. Bu baxımdan düşünürəm ki, gözəl anlar çox olubsa, xatirələr insanı qocaltmaz.

İstəsək də, istəməsək də, həyatımız beyində yaddaşa həkk olunur. Elə xatirələr var ki, gözləmədiyin anda özü-özünü bizə xatırladır. Nə yaxşı ki, bu, belədir.

- Təvəllüdünüzü bilməsəydiniz, özünüzə neçə yaş verərdiniz?

- Siz məni hansı yaşda görürsünüz? Fiziki cəhətdən öz yaşımdayam. Ruhi baxımdan bəzən elə bilirəm ki, 100, bəzən 40, bəzən də elə bilirəm ki, 18 yaşım var. Ömür tərəzisi hərdən bir ləngər vurur. Bu, həyatın gedişatından və əhval-ruhiyyədən asılı olaraq dəyişir.

- Müasir qadınlar otuz yaşa qədər sübut edir ki, artıq böyüyüb, otuzdan sonra isə hələ də gənc olduğunu göstərməyə çalışır. Sizdə vəziyyət necədir?

- Qarşı çıxmaq insan təbiətində var, inkar etmək həyatın əsas qanunudur. Məktəbli uşaqlar özünü həmişə yaşından böyük göstərməyə tələsir. Bu proses xüsusilə 18 yaşa qədərki dövrə aiddir. Oğlanlarda daha çox rast gəlinir, 25 yaşında demək istəyir ki, 30 yaşım var. 30-a çatanda elə bilirlər ki, hər şeyi bilirlər. 20 yaşında düşünürdüm ki, 40 yaş qocalıq deməkdir. Amma 40 yaşına çatanda anladım ki, həyat indi başlayır. 50 yaşında gördüm ki, həyatın müəyyən məqamlarını bu yaş dövründə dərk etməyə başlayıram. 60-ı haqladıqdan sonra başa düşdüm ki, qazanc ömrünü yaşayıram. Allah qismətimə nə qədər ömür yazıbsa, o qədər yaşayacam. İndi də görürəm ki, əvvəllər çox məsələləri düzgün təhlil etməmişəm. Hamıda belədir.

- Öz doğum gününüzdə gələcək, yoxsa keçmiş üçün daha çox darıxırsınız?

- Təbii ki, keçmiş üçün. Kim o biri dünya üçün darıxır ki, axı bizi orada nə gözləyindən xəbərsizik. Gələcək üçün darıxmıram, çünki üzü o tərəfə gedirəm. Bəlkə də 30 yaşım olsaydı, gələcək mənə maraqlı olardı.

- İnsan nə zaman xeyirlə şəri bir-birindən fərqləndirə bilir? Yoxsa həyat bizi həmişə təəccübləndirməyə davam edir?

- Xanım İsmayılqızını artıq heç nə ilə təəccübləndirmək olmaz. Həyatın zəhərini bir neçə dəfə dadmışam. Gözlə qaş arasında nəyin şər, nəyin xeyir olduğunu görə bilirəm. Zamanında çox yanılır, səhv insanlara inanır, yaralar alır və səhv addımlar atırıq. Bütün bu təcrübələr imkan verir ki, qarşımdakını kitab kimi oxuya bilim. Hərdən hətta deyirəm ki, bütün insanları şəffaf görürəm. Nə qədər yaxşı geyinsə və bəzənsə də, onun axrasında gizlənmiş çılpaq ruhunu, əsl mahiyyətini və mənə qarşı hansı münasibətin fonunda nəyin dayandığını aydın şəkildə hiss edirəm.

- Sizə yığmazdan əvvəl sevdiyim şeirlərinizə bir daha nəzər saldım və mənə təsir edən bir neçə misralar oldu. Xüsusilə aşağıdakı sözlər:

"Doğulmağa nə var, yaşamaq çətin,

Müti qullarıyıq qəfil qismətin.

Oddan, alovdanmış yolu həsrətin,