Hindistanda seçki məntəqəsinin yaxınlığında partlayış törədildi


Dünya 11 Apr 2019 13:00:00 257 0

Hindistanda seçki məntəqəsinin yaxınlığında partlayış törədildi

Hindistanın Maharaştra ştatında seçki məntəqəsinin yaxınlığında partlayış baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, partlayış silahlıların fəaliyyət göstərdiyi bölgədə qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Hazırda polis partlayışla bağlı araşdırma aparır.

Qeyd edək ki, Hindistanda parlament sekçilərinin ilkin mərhələsi başlayıb.

Seçkilərlə əlaqədar bəzi regionlarda təhlükəsizlik tədbirləri gücləndirilir. Tripur ştatında isə Banqladeşlə sərhəd tamamilə bağlanıb.

Bildirilir ki, bu, seçkilərdə təxminən 900 milyon seçici iştirak edəcək ki, dünya tarixində ilk sayılır. Parlament seçkiləri 7 mərhələdə keçiriləcək.