Prokuror qohumunu bıçaqlayan şəxsə 4,6 il cəza istədi


Digərləri 11 Apr 2019 12:31:45 155 0

Prokuror qohumunu bıçaqlayan şəxsə 4,6 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu bıçaqlamaqda təqsirləndirilən Əflatun Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu bıçaqlamaqda təqsirləndirilən Əflatun Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror Ə.Əliyevin 4 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.