Amerikada diplomatik MÜHARİBƏ


Dünya 11 Apr 2019 11:47:00 214 0

Amerikada diplomatik MÜHARİBƏ

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton hesab edir ki, ölkənin keçmiş dövlət katibi Con Kerri nüvə razılaşmasının yenidən qüvvəyə minməsi üçün İran hakimiyyəti ilə müstəqil danışıqlar aparır.

Son.az modern.az-a istinadən xəbər verir ki, Con Bolton bildirib ki, eks-dövlət katibi 2020-ci ildə Amerikada keçiriləcək prezident seçkilərində Trampın məğlub olacağını bəyan edir və Tehranı buna inandırmağa çalışır.

Boltonun sözlərinə görə, Kerri 2020-ci ildə Trampın məğlub olacağı təqdirdə, ABŞ-ın yenidən nüvə razılaşmasının şərtlərinə qayıdacağını İran hakimiyyətinin nümayəndələrinə bəyan edir.

Ekspertlərin fikrincə, Kerrinin hərəkətləri Amerika isteblişmentində parçalanma yaradır.

Bolton bildirib ki, Demokratlar Partiyasının nümayəndələri ABŞ-ı İranla əldə olunmuş nüvə razılaşmasına qaytarmağa söz veriblər.

Qeyd edək ki, 2015-c ildə ABŞ, Rusiya, Çin, Britaniya, Fransa, Almaniya və İranın iştirakı ilə nüvə razılaşması imzalanmışdı. Sənədə əsasən, İran nüvə proqramını məhdudlaşdırmaq öhdəliyi götürür, bunun müqabilində isə Tehrana qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılır.