25 ildən sonra təyyarələrdə WClərdən gələn səs azaldıla bildi


Digərləri 11 Apr 2019 08:55:00 219 0

25 ildən sonra təyyarələrdə WClərdən gələn səs azaldıla bildi

Brigham Young Universitetinin fizikçiləri təyyarədəki WC-ləri səssizləşdirmək üçün bir sistem yaratdılar.

Chip.az bildirir ki, təkrarlanan sınaq səhvləri və iki il ərzində ortaya çıxan üç akademik məqalə nəticəsində elm adamları WC-ləri daha sakit bir sistemlə çalışmağa vadar edəcək sistem  yaratmağa müvəffəq oldular. WC üçün hazırlanan bu sistem, kabinlərdən eşidilən səsləri yarı-yarıya azaldacaq.

Təyyarə istehsal sənayesi 25 ildir ki, vakuum dəstəkli WC-ləri səssizləşdirə bilmirdi. Bu təxminən 10 kilometr hündürlükdə olan təyyarələrə təsir edən təzyiq qüvvəsindən asılı idi. Təzyiq gücünün vakuum sistemi ilə birləşdiyi zaman suyun axımı 480 km-ə çatdı. Bu sürət çox yüksək səsə səbəb olurdu ki, bu da təyyarənin rahatlığını azaldırdı.