Sharp dünyanın ilk qatlana bilən oyun smartfonunu istehsal edə bilər


Digərləri 11 Apr 2019 08:31:00 234 0

Sharp dünyanın ilk qatlana bilən oyun smartfonunu istehsal edə bilər

İstehlakçı elektronika nəhəngi Sharp, dünyanın ilk qatlana bilən ağıllı oyun telefonu üçün USPTO-ya patentlə bağlı müraciət edib.

Son.az chip.az-a istinadən bildirir ki, ağıllı telefon bazarı gündən-günə qızışır. Mobil oyun dünyasının gözlənilməz bir şəkildə genişlənməsi isə ağıllı telefon sektorunda oyun telefonlarının da yerini artırır. Həmçinin premium ağıllı telefonlara olan marağının azalması, şirkətlərin qatlana bilən ağıllı telefon kimi yeni bir smartfon konsepsiyasını tutmalarına istiqamətləndirir. Bu da bazara çıxmaq istəyən qeyri-ənənəvi smartfon istehsalçıları üçün yeni imkanlar təklif edir.

Sharp Kabushiki Kaisha "portativ elektron qurğu" üçün USPTO-ya (Abş Patent və Ticarət Nişanı Ofisinə) 2017-ci ildə patent üçün müraciət edib. Dizayn patent 2 aprel 2019-ci ildə yayımlandı. Mobile oyun cihazı həmçinin smartfon funksiyalarını özündə etiva edirki, bu da baxış rahatlığını artır və daha gərgin oyun təcrübəsi yaşadır.