Aİ ölkələri "Brexit"ə yeni möhlət verməyə razılaşıblar


Dünya 11 Apr 2019 08:23:00 210 0

Aİ ölkələri "Brexit"ə yeni möhlət verməyə razılaşıblar

Avropa İttifaqının 27 üzv öləsinin liderləri Brüsseldə keçirilən fövqəladə iclas zamanı Böyük Britaniyanın Aİ-dən çıxması üçün yeni möhlət verməyə razılaşıblar.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa Şurasının rəhbəri Donald Tusk bildirib.

D.Tusk deyib: "27 Aİ ölkəsi 50-ci maddənin uzadılmasında razılığa gəliblər. İndi mən Böyük Britaniya tərəfinin razılığını almaq üçün baş nazir Tereza Mey ilə görüşəcəyəm".