Qanı qatı və yağlı olan insan xəstədir


Digərləri 10 Apr 2019 23:06:00 227 0

Qanı qatı və yağlı olan insan xəstədir

İnsanın qan damar sistemi və bu sistemlə axan qan ürək, ağciyər və bütün orqanların işinin əsasıdır. Ola bilər, insanın ürəyi yaxşı, ideal, sağlam olsun, amma hər şey ona gələn qanın keyfiyyətindən asılıdır. Əgər ürəyə təmiz, yaxşı, qidalı qan gəlirsə, ürək uzun illər işləyə bilər. Bunu nobel mükafatı almış alim Aleks Karrel öz eksperimenti ilə sübut edib.

Son.az medicina.az-a istinadən bildirir ki, o, ürəyin orqanizmdən ayrı da avtomat rejimində işləyə biləcəyini təxmin etdiyi üçün belə bir təcrübə aparır. O, toyuğun ürəyini götürərək, onu iri qaba qoyur və ona hər gün minerallar və lazımi maddələrlə zəngin su əlavə edir. Alim suyu hər gün yeniləyir. Bu minvalla həmin ürək 35 il döyünməkdə davam edib. Təsəvvür edin, toyuqsuz. Ürək bilmir ki, o hardadır, toyuqdadır, ya insanda. Yetər ki, ona lazım olan maye çatsın. Professor bu təcrübədə hüceyrənin normal şəraitdə uzun illər yaşaya biləcəyini sübut etdiyi üçün Nobel mükafatı alır.  

Halbuki təbiətdə heç bir toyuq 35 il yaşaya bilmir. Səbəb? Ürəyə gələn damarlar və qanın tərkibi, keyfiyyəti.

Qanın qatılığı necədirsə, insanın da həyatı o cürdür. Əgər qanda nəsə düzgün deyilsə, bundan ilk növbədə ürəyin hüceyrələri əziyyət çəkir. Hüceyrələr canlıdır, əziyyət çəkir, sonra ölür. Hüceyrələri getdikcə ölən ürəyin ritmi pozulur, aritmiya, stenokardiya baş verir. Ürəyin tükənməsinin səbəbi oksigen və qanda olan faydalı qidalı maddələrin olmamasıdır. 

Deməli, biz ürəyimizin sağlamlığını istəyiriksə, qanımızın yaxşı olmasının qeydinə qalmalıyıq.

Əgər qanda kalsium, natrium, maqniy çatışmırsa, o qan sağlam deyil. Maqniy çatışmazlığından bütün damarlar tor kimi dəlik-deşik olur. Bu cür damardan yaxşı qan keçə bilərmi? Xeyr. Kaliy çatışmırsa, ürək əzələsi yaxşı işləməyəcək. 

Ürəyə nə lazımdır?