Eşitmə qüsurlu uşaqlara yanaşma üsulları


Digərləri 10 Apr 2019 22:51:00 244 0

Eşitmə qüsurlu uşaqlara yanaşma üsulları

Eşitmə canlılara, xüsusilə insanlara məxsus olan səs hadisələri formasında gerçəkliyin əks edilməsi, qavranılması və fərqləndirilməsi bacarığıdır. İnsan qulağı infra və ultra səsləri qəbul etmir. Qulaq 1 saniyədə 16 hersdən 2000 hersə qədər olan səsləri eşidə bilir.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a surdoloq Ülviyyə Qurbanova məlumat verib.

Surdoloq deyib: "Əmələ gələn hər hansı səs dalğaları qulaq seyvanına təsir edir, bu, səs dalğalarını tonlayır, onlar xarici eşitmə yolu ilə qulaq pərdəsinə çatır. Çox həssas olan qulaq pərdəsi təzyiq nəticəsində içəriyə doğru əyilir. Bu zaman orta qulaqdakı eşitmə sümükləri - çəkic, zindan, üzəngi işə düşür, səs təzyiqinin artmasına, eyni zamanda dalaq pərdəsinə gələn dalğaların daxili qulağa keçməsinə kömək edir. Daxili qulaqda ilbizvari membran var, buraya çatan səs dalğaları membranı hərəkətə gətirir, onun eşitmə siniri ilə əlaqələndirilməsi nəticəsində qıcıqlanma əmələ gəlir ki, bu da beyindəki eşitmə mərkəzinə ötürülür və səs eşidilir. Təəssüf ki, bu bacarıqdan məhrum olanların, xüsusən də eşitmə qüsurlu uşaqların sayı gündən-günə artır".

Onun dediyinə görə, eşitmənin pozulması anadangəlmə və sonradan qazanılma ola bilər: "Eşitmə qüsuru olan uşaqlar ətraf aləmi qavramaqda ifrat çətinlik çəkir, xarici qıcıqlara qarşı zəif reaksiya verirlər. Nitqin olmaması həmin uşaqların əqli və psixi inkişafına da mənfi təsir göstərir, normal ünsiyyətə mane olur. Belə uşaqların söz bazaları çox zəif olur, səslərin burun boşluğunda tələffüzü, aydın olmayan nitqi, səs-heca düzümü özünü qabarıq şəkildə göstərir. Onların nitqi, əsasən, konkret adlardan, yəni isimlərdən ibarət olur, fikirlərini ümumiləşmiş bir sözlə bildirir, şəkilçilərdən istifadə etmir, cümlə qurmaqda çətinlik çəkirlər. Təbii olaraq həmin problem uşaqların psixi inkişafını da pozur. Yaddaş, qavrama və diqqətin çox aşağı olması uşağın inkişafını ləngidir. Bu halda nələri etmək doğru olardı?