Alimlər ilk dəfə qara dəliyi göstərdi FOTO


Digərləri 10 Apr 2019 22:17:00 231 0

Alimlər ilk dəfə qara dəliyi göstərdi  FOTO

Avropa Cənub Rəsədxanasının alimləri ilk dəfə Süd Yolunun mərkəzində yerləşən qara dəliyin üfüqdə görünən tərəfini göstəriblər.

Son.az oxu.az-a istinadən bildirir ki, alimlər "Event Horizon Telescope" qlobal teleskop şəbəkəsi tərəfindən hazırlanan işin nəticəsi ilə bağlı Avropa Komissiyası və Avropa Tədqiqat Şurasının mətbuat konfransında məlumat veriblər.

Tədqiqatçılar qara dəliyin "kölgə"sinin görüntüsünü əldə ediblər - üfüq hadisələrinə uyğun görünən radiasiya fonunda qara sahə. Bu obyekt Yerdən 26 min işıq ili məsafəsində Oxatan bürcündə yerləşir.

Qara dəlik hər hansı bir cismin güclü sıxılmasından əmələ gələn obyektdir. Qara dəliklərin görünməmə səbəbi isə odur ki, onlar həddən artıq güclü qravitasiya qüvvəsinə sahibdirlər. Hətta işiq belə ordan çıxa bilmir. O, işığı da özünə cəzb edib saxlayır.


Xəbərə aid foto