Bakıda maşının vurduğu qadın xəstəxanada öldü


Digərləri 10 Apr 2019 20:41:00 214 0

Bakıda maşının vurduğu qadın xəstəxanada öldü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nizami rayonunda olub.

Masallı rayon sakini, 1985-ci il təvəllüdlü Əsədullayev Xəqani Vidadi oğlu idarə etdiyi "Daewoo Nexia" markalı avtomobillə paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 31 ünvanında yolu keçən piyada qadını vurub.

Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.