8300 vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb


Digərləri 10 Apr 2019 18:39:52 214 0

8300 vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb

2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı avtomatik hesablanır

Bakı. Bu günədək artıq 8300 vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş qanunla pensiya təyinatının 2019-cu il 1 yanvar tarixindən avtomatlaşırılmış rejimdə həyata keçirilməsi sosial təminat sistemində proaktiv xidmətə keçid istiqamətində ilk mühüm addımdır. Trend-in məlumatına görə, bununla da pensiya yaşına çatmış şəxslərin heç bir sənəd toplamadan və heç yerə müraciət etmədən pensiya hüquqları elə pensiya yaşı çatan gün reallaşdırılır və özlərinə də bu barədə e-qaydada məlumat göndərilir.