Azərbaycanlı qadın İranda 3 nəfəri xilas etdi


Digərləri 10 Apr 2019 17:48:50 191 0

Azərbaycanlı qadın İranda 3 nəfəri xilas etdi

Qərbi Azərbaycanın Bukan şəhərində beyin ölümü keçirən 46 yaşlı bir qadının orqanları ehtiyacı olan üç xəstəyə köçürülüb.

Son.az axar.az-a istinadən xəbər verir ki, beyninə qan sızmasına görə Urmiyanın Xomeyni xəstəxanasına yerləşdirilən qadının orqanları ailəsinin icazəsi ilə xəstələrə bağışlanıb.

Məlumata görə, mərhumun iki böyrəyi Urmiya şəhərində iki xəstəyə köçürülüb, qara ciyəri isə Şiraz xəstəxanasına göndərilib.