ADU-da “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda Respublika elmi konfransı keçiriləcək


Digərləri 10 Apr 2019 17:42:00 251 0

ADU-da “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda Respublika elmi konfransı keçiriləcək

Aprelin 12-də Azərbaycan Dillər Universitetində (ADU) “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda Respublika elmi konfransı keçiriləcək.

Bakı. Aprelin 12-də Azərbaycan Dillər Universitetində (ADU) “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda Respublika elmi konfransı keçiriləcək. Universitetdən Trend-ə verilən məlumata görə, işçi dilləri Azərbaycan, türk, ingilis və rus dillərində olacaq konfransın işi “Hüseyn Cavid və türk dünyası”, “Hüseyn Cavid və Şərq ədəbiyyatı”, “Hüseyn Cavid və Qərb romantizmi” adlı 3 bölmə üzrə aparılacaq. Konfransda açılış nitqi ilə ADU-nun rektoru akademik Kamal Abdulla çıxış edəcək. Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov “Cavid sənətində bəşəri genişlik”, Nim (Fransa) Universitetinin professoru Silvi Joseğam “Ədəbiyyat siyasi təhdiddirmi?”, “Kaspi” Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva “Hüseyn Cavid Şərqin böyük mütəfəkkir şairidir”, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdemir “Hüseyin Cavidin dram yaradıcılığında Abdülhak Hamidin təsiri”, Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyev “Hüseyn Cavid modernizmi və dünya ədəbiyyatı (Cavid dramaturgiyasından bir fraqment)”, Belqrad (Serbiya) Universitetinin dosenti Branko Vraneş “Dünya ədəbiyyatının Şərqi: Azərbaycandan Serbiyaya” mövzularında çıxış edəcəklər.