Pərvin Abıyevanın "bədəninə cin girdi"


Şou-biznes 10 Apr 2019 16:42:00 230 0

Pərvin Abıyevanın "bədəninə cin girdi"

Türkiyəyə köçən azərbaycanlı aktrisa Pərvin Abıyeva qorxu janrında çəkilən filmi ilə tamaşaçıların görüşünə gəlməyə hazırlaşır. Filmin ssenarisinə əsasən aktrisanın bədəninə cinlər daxil olur.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu barədə aktrisa özü İnstaqram-da məlumat yayıb. Ulduz bildirib ki, film Azərbaycan və Türkiyənin ortaq istehsalı ilə lentə alınıb. "Astral səyahət" adlanan ekran işi may ayında həm Azərbaycan, həm də Türkiyə kinoteatrlarında təqdim olunacaq.

Pərvin Abıyeva layihədə əsas rollardan birini ifa edir. Qorxu janrında çəkilən filmdə Büşra Acar, Elif Çapkın, Kübra Kılınckaya, Çağdaş Tekelioğlu, Murad Dada və başqaları rol alıb. Layihənin rejissoru Hasan Gökalpdır.