Antisanitar şəraitdə fəaliyyət göstərən toyuq sexi aşkarlanıb (FOTO)


Digərləri 10 Apr 2019 16:42:00 244 0

Antisanitar şəraitdə fəaliyyət göstərən toyuq sexi aşkarlanıb (FOTO)

Agentliyin əməkdaşları tərəfindən qeyd olunan ünvanda monitorinqlər keçirilib.

Bakı. Samir Əli - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində anti-sanitar şəraitdə toyuq kəsimi ilə bağlı məlumat daxil olub. AQTA-dan Trend-ə verilən məlumata görə, daxil olan məlumat əsasında Agentliyin əməkdaşları tərəfindən qeyd olunan ünvanda monitorinqlər keçirilib. Monitorinq zamanı Ramana qəsəbəsində Kərimov Ramiz Raqub oğluna məxsus qanunsuz fəaliyyət göstərən sexdə müxtəlif təsərrüfatlardan qəbul olunan və heç bir mənşə sənədi olmayan quşların kəsimi və emalının həyata keçirildiyi aşkarlanıb. Baxış zamanı sexdə baytarlıq-sanitar və sanitar-gigiyenik normaların ciddi şəkildə pozulduğu, anti-sanitar şəraitdə quş kəsimi və təmizlənməsinin həyata keçirildiyi aşkar edilib.