Jurnalistlər arasında yazı müsabiqəsi elan edilib


Digərləri 10 Apr 2019 16:36:00 205 0

Jurnalistlər arasında yazı müsabiqəsi elan edilib

“Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında analitik yazı müsabiqəsi elan edilir.

Bakı. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Mətbuat Şurası ARDNF-nin yaradılmasının 20-ci ildönümü münasibətilə “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında analitik yazı müsabiqəsi elan edir. Şuradan Trend-ə verilən məlumata görə, müsabiqədə aşağıdakı istiqamətləndirici mövzular nəzərdə tutulur. Jurnalistlərin hazırlayacaqları yazılarda ARDNF-nin fəaliyyətinin təhlili aparılmaqla onlardan bəhrələnmələri tövsiyə olunur: Təbii sərvətlərdən əldə edilən gəlirlər və suveren fondların bu ehtiyatların idarə edilməsində rolu; Suveren fondların makroiqtisadi stabilliyin təminatında rolu və ölkə iqtisadiyyatın inkişafında yeri; Hesabatlılıq və şəffaflığın suveren fondların fəaliyyətində əhəmiyyəti Mükafatlandırma I yer - 1 nəfər - 1000 manat II yer - 1 nəfər - 800 manat III yer - 1 nəfər - 500 manat Həvəsləndirici mükafat – 5 nəfər (hər biri) – 200 manat Müsabiqə mükafatçılarının adları 20 iyul 2019-cu ilədək açıqlanacaq. Müsabiqə şərtləri Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək: Materialların ümumən mövzunu, nəzərdə tutulan istiqamətləndirici mövzuları dolğun əhatə etmə səviyyəsinə; Analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə; Faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə; İfadə vasitələrinin zənginliyinə; Oxucu üçün informasiyalılıq dərəcəsinə; Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına. Müsabiqəyə 10 aprel 2019-cu il tarixindən 10 iyul 2019-cu il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında yayımlanan yazılar buraxılacaq. Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur; Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır; Yazıda “ARDNF-nin yaradılmasının 20-ci ildönümü münasibətilə “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır. Qeyd: